Rusiya Federasiyası hazırkı mövqelərini gücləndirməyə çalışır, həmçinin ümumi səfərbərlik elan edə bilər, lakin Ukrayna istənilən vəziyyətə hazır olmalıdır.
"Unikal" xəbər verir ki, bunu “Ukrayna pravda”sına müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov deyib.
“Bu gün mövcud olan mövqelərin güclənməsi ola bilər. Bunun baş verə biləcəyini başa düşürük. Üstəlik, onların mümkün qədər çox vətəndaşını məhv etmək üçün ümumi səfərbərlik elan edə biləcəklərini də istisna etmirik. Nə üçün? Onlar öz ərazilərində problem yaşamasınlar deyə”, - Danilov bildirib.
Rusların Ukrayna ərazisinin dərinliyinə getməyə cəhd edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Milli Təhlükəsizlik Şurasının katibi “Onların hər şeyə həvəsi ola bilər. Biz hadisələrin istənilən inkişafına, o cümlədən Belarus və digər ərazilərə hazır olmalıyıq", - deyib.
Gülayə Mecid