Bakıda restoranda yanğın olub.

"Unikal" xəbər verir ki, Səbail rayonu, Parlament prospektində yerləşən "Naxçıvan" restoranının tüstü bacasında yağ qalıqları yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.