Qəbələdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində qeydə alınıb.
"Lada Priora" və "Toyota Prado" markalı avtomobillərin toqquşması nəticəsində 90VH363 nömrəli avtomaşının sürücüsü, Nic qəsəbə sakini 22 yaşlı Hüseynli Anar Rüstəm oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. "Prado"nu idarə edən şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin ehtimala görə, qəzaya səbəb dumanlı hava şəraiti olub. Belə ki, "kruq"a girən avtomobillər bir-birini görməyərək qəza törədiblər.
Faktla bağlı araşdırma aparılır.
Ağarza Elçinoğlu