Şəkidə baş verən ağır yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki,  bunlar rayonun Çayqaraqoyunlu kənd sakinləri - sürücü Elçin Məmmədov, avtomobildə olan sərnişinlər - Rəqsanə İbrahim qızı Quliyeva, Günay Şəfaqət qızı Həşimova, Gülay Cəmil qızı Həşimova, Cəlil Cəmil oğlu Əhmədov və Elif Mikayıl qızı Həşimovadır. Hazırda onların müayinəsi Şəki RMX-da davam etdirilir.

21:29

Şəkidə baş verən ağır qəzanın bəzi təfərrüatları məlum olub.

"Unikal" xəbər verir ki, Şəki rayon Çayqaraqoyunlu kənd sakini, Elçin Məmmədov idarə  etdiyi VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən ilk öncə  qarşısına çıxan inəyi vurub  daha sonra isə sürücü  avtomobili yol kənarına aşırıb. Qəza zamanı sürücü xəsarət alsa da atomobildə olan 2 azyaşlı  hadisə yerində ölüb.

xxx

20:40

Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var.

"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, qəza zamanı 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Seymur Əli