DİN Biləsuvarda baş verən yanğın barədə məlumat yayıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, dekabrın 20-də saat 05:30 radələrində Biləsuvar rayonunun S.Rufullayev küçəsində yerləşən R.Əhədova məxsus yaşayış evi yanıb və həmin vaxt evdə olan 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və FHN-in yanğından mühafizə dəstəsinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
*** 09:36
Biləsuvarda evdə yanğın olub.
"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Biləsuvar şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.