Ukraynalıları daha bir neçə çətin ay müharibə gözləyir. Bundan sonra ruslar danışıqlar masasına oturmalı olacaqlar.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirinin müşaviri Vadim Denysenko yerli kİV-ə müsahibəsində deyib.
"İnanıram ki, bizi qarşıda bir neçə çox çətin aylar gözləyir, lakin bundan sonra ruslar sadəcə olaraq danışıqlar masası arxasına əyləşmək məcburiyyətində qalacaqlar”, - o , vurğulayıb.
Eyni zamanda o, müharibənin başa çatmasından danışmaq üçün hələ tez olduğuna diqqət çəkib.
"Prinsipcə, danışıqlar modeli yoxdur, çünki ruslar səfərbərliyin və bəzi “planlarının” köməyi ilə müharibənin gedişatını poza biləcəklərinə inanırlar və buna görə də onlar hesab edirlər ki, hələlik danışıqların gedişi üçün tezdir" - deyə DİN rəhbərinin müşaviri yekunlaşdırıb.