Ağstafada yük maşını aşıb, sürücü xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan "VOLVO" markalı yük  maşını yoldan çıxaraq aşıb. Qəza zamanı Gürcüstan vətəndaşı olan sürücü, 1956-cı il təvəllüdlü Arzu Nurməmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, qəzaya küləkli hava şəraiti səbəb olub.

Yük maşını Gürcüstana yük aparırmış. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov