Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən "Unikal"a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3; 240.3.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Daşqın Nazim oğlu Axundzadəyə qonşusu Şirvan şəhər sakini Sübhan Əkbər oğlu Babayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının dabanında xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,799 qram olan narkotik maddə - heroinin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.