Azərbaycanda ikinci sinif şagirdi vəfat edib. 

"Unikal"ın məlumatına görə, Ucar şəhər 2 nömrəli tam orta məktəbin rus bölməsi üzrə təhsil alan Qurbanova Nigar Nicat qızı dekabrın 21-də səhər saatlarında vəfat edib. 

Qeyd edək ki, ilkin ehtimala görə, 8 yaşlı qız pnevmoniyadan (ağciyərlərin iltihabı) dünyasını dəyişib.

Ağarza Elçinoğlu