Tezliklə Kiyevdə "paylama materiallarından" başqa heç nə qalmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında bildirib.
O, Ukraynanın mümkün gələcəyindən danışarkən deyib: "Mən qonşularımızı demirəm, onların tezliklə heç bir şeyləri olmayacaq, hər şey paylama şəklində olacaq. Onlardan tamamilə fərqli olaraq Rusiyada hər şey var. Bu potensialı artırmaq üçün hər bir imkan var. Biz bunu mütləq edəcəyik".
Putin vurğulayıb ki, hazırda Ukraynada baş verən hadisələr faciədir, lakin bu, Rusiyanın deyil, həmişə rus dünyasını parçalamağa çalışan digər ölkələrin siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, Rusiya öz üstünlüklərini bilir: nüvə triadası, hərbi kosmik qüvvələr, donanma, həmçinin ordusunu daha da təkmilləşdirmək üzərində işləməyə hazırdır.
Ağarza Elçinoğlu