Şəmkirdə intihar hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayon sakini olan orta yaşlı kişi yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov