Şəkidə yük avtomobilində yangın olub.

"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında rayonun Öyrət kənd ərazisində qeydə alınıb.

Belə ki, 1991-cü il təvəllüdlü Qaracayev Murtuzəli Əmircan oğluna məxsus "Renault" markalı BO435SS Gürcüstan DQN-lı yük avtomobilində yanğın baş verib.

Yanğın yerinə yanğınsöndürən maşın və şəxsi heyyət cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yangın zamanı yük avtomobilinin şinləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli