Ağdam rayon sakini həmyerlisini küt alətlə vuraraq ona xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasından rayon sakini E.Məmmədovun kəllə-beyin travması alması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Şahin Hüseynovun işlədikləri obyektdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmyerlisinə küt alətlə vuraraq xəsarət yetirdiyi müəyyən edilib.
Ş.Hüseynov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.