Bolqarıstanın Müdafiə Nazirliyi Ukraynaya silah tədarükünə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə dekabrın 23-də mətbuat konfransında Bolqarıstanın müdafiə qərargahının rəhbəri, admiral Emil Eftimov məlumat verib.
"Parlamentin qərarı qüvvəyə minib və biz NATO-nun hərbi qurumları ilə birgə planlaşdırılan və müdafiə naziri tərəfindən təsdiqlənən çatdırılma əməliyyatına başlamışıq", - Eftimov bildirib.
Dekabrın 9-da Bolqarıstan parlamenti hökumətin hazırladığı Kiyevə göndəriləcək silahların siyahısını təsdiqləyib. Sofiyanın əsasən yüngül silah-sursat göndərəcəyi qeyd edilib.
Ağarza Elçinoğlu