Burkina Faso hökuməti cümə günü BMT nümayəndəsi Barbara Manzini persona non qrata elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər, Regional Əməkdaşlıq və Xaricdəki Burkinalıların İşləri Nazirliyinin bəyanatında deyilir.
"Mantsi dekabrın 23-dək Burkina Faso ərazisini tərk etməlidir" . BMT nümayəndəsinin ölkədən çıxarılmasının səbəbləri açıqlanmır.
Barbara Manzi BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən 2021-ci ilin avqustunda BMT-nin Burkina Faso üzrə koordinatoru vəzifəsinə təyin edilib. Ona BMT-nin humanitar məsələlər üzrə nümayəndəsinin funksiyaları da həvalə edilib. Manzinin BMT-nin müxtəlif strukturlarında uzun müddət işləmək təcrübəsi var.
Gültəkin