Kəlbəcər rayon Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.