Azərbaycan xalqı qan görəndə qorxmuyor, “naoborot” qızışıyor” ifadəsini işlədən Gəncə sakini vəfat edib.
"Unikal"ın məlumatına görə, Vətən müharibəsində həmin sözlərlə məhşurlaşan 60 yaşlı Gəncə sakini Taryel Şahverdiyev ötən gecə ürək tutmasından dünyasını dəyişib.
Taryel Şahverdiyevin bir ay əvvəl ürəyindən əməliyyat olduğu bildirilib.
Xatırladaq ki, bir cümləlik açıqlaması ilə məşhurlaşan Taryel Şahverdiyev köhnə döyüşçüdür, Qarabağ qazisidir. 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə yollanan Şahverdiyev ayağından və ürək nahiyəsindən güllə yarası alıb.
Qeyd edək ki, Taryel Şahverdiyev təqaüddə olan polis mayorudur.
Tural Əhmədov