Gəncədə bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, şəhərin dəmiryolu vağzalı adlanan ərzidə vaqonda şəhər sakini 2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oglu yanıq xəsarətləri alıb.15 yaşlı oğlan  bədənin çox hissəsinin yanıqı diaqonuzu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, 15 yaşlı E.Cəfərovu elektrik cəryanı vurması nəticəsində ağır yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov