Sumqayıt şəhərində 4 mərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otaqda ev əşyaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, otaq yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.