Rusiya vətəndaşları Serbiyanın paytaxtı Belqradda Ukraynadakı müharibəyə qarşı etiraz aksiyası keçirib. Aksiyanın təşkilatçısı Rusiya Demokratik Cəmiyyətidir, onu Rusiya müharibəsi və səfərbərliyindən sonra Serbiyaya gedən ruslar təsis ediblər.
"Unikal" xəbər verir ki, fəallar Belqradın mərkəzi küçələri ilə ağ-göy-ağ bayraqlar (Ukraynadakı müharibəni dəstəkləməyən bir çox ruslar qan rəngi kimi Rusiya bayrağından qırmızı rəngin “çıxarılmasını” təklif edir – red.) və “Sülh” digər şüarlar altında yürüş ediblər.
Aksiya insidentsiz başa çatıb, lakin polis etirazçılara Rusiyanın Belqraddakı səfirliyinin binasına yaxınlaşmağa icazə verməyib.
Serbiya Rusiyanın Krımın ilhaqını və Ukraynanın işğal olunmuş rayonlarında saxta referendumlar keçirməsini tanımır, eyni zamanda Avropa İttifaqının tələb etdiyi Rusiyaya qarşı sanksiyaları tətbiq etməkdən imtina edir. Serbiyanın hazırkı rəhbərliyi Macarıstanın baş naziri Viktor Orbanla birlikdə Putinin Avropadakı tərəfdarlarından biri hesab olunur.