Goranboyda iki yük avtomobili toqquşub.
"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.Hərəkətdə olan "TIR" markalı yük maşını digər qoşqulu yük maşını olan "KAMAZA" çırpılıb.
Qəzadan sonra "TIR"ın yük yerində olan kömür magistral yola dağılıb.Əraziyə yol polisinin əməkdaşları cəlb olunub.
Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov