Bu gün müğənni Ayaz Babayevin ticarət mərkəzlərinin birində baş tutan konsertində qorxulu anlar yaşanıb.

“Unikal” xəbər verir ki, konsert zamanı fotoqraf Tariel Hüseynov boğulmaqdan son anda qutarıb. 

Konsert zamanı fotoqraf görüntü almaq üçün hovuzun kənarına yaxınlaşarkən ayağı sürüşüb və hovuza yıxılıb.

Belə ki, fotoqraf boğulma təhlükəsi ilə üz-üzə qalıb. Mühafizə son anda onu xilas edib.