Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində əldəqayırma partlayıcının işə düşməsi nəticəsində Pakistan ordusunun azı 5 əsgəri həlak olub.
"Unikal" xəbər veir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Hadisə əyalətin şərqində, 24 dekabr 2022-ci il tarixindən etibarən Silahlı Qüvvələrinin antiterror əməliyyatları apardığı Kahan qəsəbəsi yaxınlığında baş verib. Kvettada polis məntəqəsi yaxınlığında baş verən partlayışda biri uşaq olmaqla cəmi 4 nəfər yaralanıb, Kohluda isə partlayış nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti Pakistanda qadağan olunmuş “Bəlucistan Azadlıq Ordusu” təşkilatı üzərinə götürüb.