Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Balakən rayon sakini 31 yaşlı Rəvan Qınçıyev “Ford Tranzit” markalı avtomaşınla Kürdəmir istiqamətində qarşıda gedən Tovuz rayon sakini Akif Cəfərovun idarə etdiyi “Kamaz” yük maşınının qoşqusuna çırpılıb. Nəticədə “Ford”un sürücüsü Rəvan Qınçıyev və sərnişin Elvin Oktay oğlu Kərimov ağır bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 31 yaşlı Elvin Kərimov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.