Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak Rusiyaya silah təminatının dayandırılması çağırışlarına məhəl qoymadığı üçün İranın ən ağır şəkildə cəzalandırılmasını tələb edib.
"Unikal" xəbər verir ki, o bu bu barədə Podolyak özünün twitter səhifəsində yazıb:
"Rusiyaya raket və pilotsuz təyyarə tədarükünü artırmağı planlaşdıran İran beynəlxalq sanksiyalar institutunu açıq şəkildə alçaldır...İşləməyən sanksiyalardan, BMT-nin etibarsız qətnamələri konsepsiyasından imtina etmək və daha dağıdıcı vasitələrə - silah istehsalı zavodlarının likvidasiyasına, təchizatçıların həbsinə keçmək vacibdir".