Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, ötən gecə Qəbələ rayonunun Laza kəndi ərazisində 1982-ci il təvəllüdlü Həsənov Mehran Ağaəli oğlunun idarə etdiyi “QAZ-3110” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin 1964-cü il təvəllüdlü Xasıyev Maarif Bayram oğlu isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov