Goranboyda bir nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını qoşqulu traktora çırpılıb.

Qəza zamanı bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov