Dekabr ayının 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a bildirilib ki, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.