İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin sayı artıb.
"Unikal"ın məlumatına görə, ötən gün axşam saatlarında İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "BMW" və "Honda" markalı avtomobillərin toqquşması nəticəsində Qəbələ rayon sakinləri, 2001-ci il təvəllüdlü İsmayılova Aytac Tərlan qızı, 1976-cı il təvəllüdlü İsmayılova Aminə Yaşar qızı, Bakı sakinləri, 1969-cu il təvəllüdlü İsmayılov Qabil Fəxrəddin oğlu, 1988-ci il təvəllüdlü Hacıyev Səməndər Fərhad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Bakı sakini, 2002-ci il təvəllüdlü Nağıyev Nurlan Anar oğlu dünyasını dəyişib.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan biri, 53 yaşlı Qabil İsmayılov həkimlərin səyinə baxmayaraq bu gün xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov