Bakıda uşaq bağçasından və çay evindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində bir qadının içərisində sənədləri və bank kartları olan çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Ağcabədi rayon sakini Elgün Hüseynov saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində quldurluq və soyğunçuluq yolu ilə daha iki nəfərin mobil telefonunu və cüzdanını talaması, bir çay evindən və uşaq bağçasından televizor, tikiş maşını, “VAZ-2104” markalı bir avtomobildən isə pul, maqnitofon və sənədlər oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.