Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsus 99-PE-497 dövlət nömrə nişanlı "Xəzər" markalı minik avtomobili qarşı tərəfdə və eyni istiqamətdə hərəkətdə olan traktora arxadan çırpılıb. Hadisə zamanı xidməti minik avtomobilinin sürücüsü, Göyçay rayonu Dövranlı kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Ehtiram Məhərrəm oğlu xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov