Bakı şəhərində yanğın hadisəsi olub.
"Unikal" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Belə ki, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin eyvanında 4 m² sahədə rəf yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.