Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən "Unikal"a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

10:45

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən biri yanır.