Qazax rayonunda 6 yaşlı uşaq dərmandan zəhərlənib.
“Unikal” xəbər verir ki, rayon sakini Y. Əmrahova “valerian” dərmanı içərək zəhərlənib.
Uşaq Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, hazırda vəziyyəti qənaətbəxşdir.