Pakistanın Hayber Paxtunxva əyalətində baş verən qarşıdurmada 3 əsgər həyatını itirib, 2 yaraqlı isə zərərsizləşdirilib.
"Unikal" xəbər verir ki, bununla bağlı Pakistan ordusu bəyanat yayıb.
Əfqanıstanla sərhədə yaxın Kurram bölgəsində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında toqquşmalar baş verdiyi bildirilib. Açıqlamada qarşıdurmada 3 əsgərin həyatını itirdiyi, 2 yaraqlının zərərsizləşdirildiyi, yaraqlıların hansı təşkilatın üzvü olduğu barədə məlumatın olmadığı bildirilib.
Pakistan Talibanı (TTP) noyabrın 28-də sosial mediada İslamabad administrasiyası ilə mayın 10-da başlatdığı atəşkəsin başa çatdığını və silahlılarının ölkə daxilində təhlükəsizlik qüvvələrinə hücum əmri verdiyini açıqlayıb. O vaxtdan bəri təşkilat təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını gücləndirib.
Pakistan TTP-ni terror təşkilatı hesab edir.
Gülayə Mecid