Okean Kəşfiyyat Layihəsinin iki dənizçisi Bermud üçbucağında tərk edilmiş gəmi tapıblar.
"Unikal" "The Sun" nəşrinə istinadən xəbər verir ki, dənizçilər gəmini yedəyə alaraq quruya aparmağa çalışıb. Lakin onların qayığı 14 metrlik yaxtanı çəkə bilməyib.
Tədqiqatçılar onun yelkəninin aşağı düşdüyünü, motorun işləmədiyini və gəmidə həyat əlamətinin olmadığını müşahidə ediblər. Gəmidə itkilərin ola biləcəyindən narahat olan şəxslər gəmiyə minmək qərarına gəliblər.
"Woolfhound" yelkənli qayığı Bermudadan 1,2 min kilometr, ABŞ-dan 2,4 min kilometr uzaqda aşkarlanıb.
Onlayn əməliyyatçılar yaxtanın İrlandiya Kral Yaxta Klubunun kapitanı Alan Makqettinqana məxsus olduğunu müəyyən ediblər. Kəşfdən iki ay əvvəl yaxta fırtınada ciddi zədələnmişdi. Bundan sonra ekipaj gəmini tərk etməli olub.
Ağarza Elçinoğlu