Rusiyaya bağlı olan Tuva Respublikasında dekabrın 31-dən yanvarın 8-dək spirtli içkilərin satışına qadağa qoyulub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, respublika hökuməti mətbuat xidmətinin dekabrın 30-da verdiyi məlumata görə, belə tədbirlər Yeni il və Milad bayramları günlərində ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq edilib.
Artıq bütün rayon administrasiyaları öz ərazilərində alkoqollu içkilərin satışına qadağanın tətbiqi ilə bağlı əsasnamələri təsdiqləyib və ona əməl olunmasına nəzarət etmək üçün tədbirlər görüblər.
Xüsusilə, respublikanın paytaxtı Qızılda bayram günlərində şəhər icra hakimiyyətinin əməkdaşları polislə birgə bu cür içkilərin satışı ilə məşğul olan məntəqələri yoxlayacaqlar.
Ağarza Elçinoğlu