Dekabrın 28-də saat 12 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Qırxlar Bədəlov idarə etdiyi “BMW” markalı avtomobillə qayda pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilməklə 400 manat məbləğində cərimə olunub.
Məhkəmənin qərarı ilə Q.Bədəlov 2 il müddətində sürücülük hüququndan məhrum edilib.