Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda restoranda baş vermiş partlayışda şübhəli bilinərək saxlanılanlar var.
"Unikal"
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazilli rayon polisi tərəfindən hadisə ilə əlaqədar beş nəfər saxlanılıb.

Qeyd edək ki, Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda restoranda baş verən partlayışda 7 nəfər həyatını itirib. Biri ağır olmaqla, dörd yaralı xəstəxanalara çatdırılıb.

xxx

19:13

Türkiyənin Aydın şəhərində restoranlardan birində partlayış baş verib.

"Unikal" xəbər verir ki, Aydın valisi Hüseyn Aksoy partlayışda 7 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə yaralandığını açıqlayıb.

Partlayışa mətbəxdə istifadə olunan qaz balonunun səbəb olduğu bildirilir.