Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1958-ci il təvəllüdlü Novruz Musayevi avtomobil vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.