Sumqayıtda evdə yanğın olub.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirlib ki, ümumi sahəsi 50 m² olan birmərtəbəli evin dam örtüyü və yanar konstruksiyaları 40 m² sahədə yanıb.

"Evin qalan hissəsi və digər bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.