Dekabrın 30-da saat 22 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Şamaxı rayon sakini Q.Rəcəbovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini R.Səfərovun idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub.

Bu barədə "Unikal"a DİN-in mətbuat xidmətindən bildirilib.

Qəza nəticəsində Q.Rəcəbov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.