Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
"Unikal"ın əldıə etdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. 1991-ci il təvəllüdlü Ramilə Huseynova və onun iki övladı - 2010-cu il təvəllüdlü Fatimə və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovalar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Ramilə Hüseynovanın vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə ana və iki azyaşlı övladı yaşadığı evdə dəm qazından zəhərləniblər.
Tural Əhmədov