Livanın şimalında 200 qeyri-qanuni miqrantı daşıyan qayıq batıb.
"Unikal" xəbər verir ki, bu barədə Livan ordusu açıqlama yayıb.
Ordunun "Twitter" hesabında qeyd edilib ki, qeyri-qanuni yollarla Livandan çıxmağa çalışan miqrantları daşıyan gəmi Silata sahillərində batıb.
Livan-İsrail sərhədində xidmət edən Hərbi Dəniz Qüvvələrinə aid 3 qayıq və Birləşmiş Millətlər Müvəqqəti Sülh Mühafizə Qüvvələrinə (UNIFIL) aid bir gəminin nizamsız miqrantların xilas edilməsi üçün hərəkətə keçdiyi bildirilib.
Bəyanatda qeyri-qanuni miqrantların milliyyəti və taleyi ilə bağlı məlumat verilməyib.
Ağarza Elçinoğlu