Bu gün, dekabrın 31-də Fransa prezidenti Emmanuel Makron yeni il müraciəti zamanı ukraynalılara müraciət edərək, Rusiyanın başladığı müharibədə qələbə çalana qədər Ukraynaya kömək edəcəyini vəd edib.

"Unikal" "Le Dauphine" nəşrinə istinadən xəbər verir ki, Makron Ukraynaya "qələbəyə qədər" kömək etməyə "şəksiz" davam edəcəyinə söz verib. 

Fransa prezidenti həmçinin ədalətli və davamlı sülhün qurulması üçün Ukraynanın yanında olacağını bildirib: "Fransadan arxayın olun, Avropaya da güvənin".

Ağarza Elçinoğlu