Cəlilabadda avtomobil piyadanı vurub.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Cəlilabad rayon Çünzəli kənd sakini, Mərhəmət İsmayılov idarə etdiyi "Ford Tranzit markalı yük avtomobilini Göytəpə şəhəri ərazisində əkin sahələrində piyadalar və nəqliyyat vasitələri üçün nəzərdə tutulan torpaq yolda geriyə hərəkət etmək istəyərkən, ehtiyatsızlıqdan rayonun Xəlilabad kənd sakini, 1983-cü il təvəllüdlü Nuridə Nuriyevanı vurub. Xəsarət alan qadın xəstəxanaya çatdırılıb. Lakin aldığı ağır xəsarətlərdən qadın dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.