Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova, 2001-ci il təvəllüdlü Könül Namazova və "Toyota" markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadə dünyalarını dəyişiblər.
xxx
14:47
Bakıda baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.
"Unikal" xəbər verir ki, həkimlərin səyinə baxmayaraq xəstəxanaya yerləşdirilən "Toyata Prius"un sərnişi olan qadın ölüb.
Bununla da yol qəzasında ölənlərin sayı 4-ə çatıb.
xxx
14:03
Avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı "Toyota Prius" və "Mercedes" avtomobilləri toqquşub:
"İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə "Mercedes"in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, "Koroğlu" metrosu istiqamətində "Mercedes" markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn "Toyota Prius" avtomobili "Mercedes"ə çırpılıb. 3 nəfər hadisə yerində ölüb. "Toyota Prius"un içində olanlar təcili xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.
xxx
13:13
Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.
Qəza "Toyota Prius" la "Mercedes" markalı minik avtomobilin iştirakı ilə qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda baş verən ağır yol qəzasının görüntüsü.
— Unikal Media Group (@UnikalOrgPortal) January 1, 2023
4 nəfər ölüb. pic.twitter.com/CQt6nJ7Nnw