Yanvarın 1-dən Xorvatiya ilə Şengen zonasının digər ölkələri arasında sərhəd-keçid məntəqələrində yoxlamalar, martın 26-dan isə daxili hava sərhədlərində yoxlamalar ləğv ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında yerləşdirilən məlumatda deyilir. Bununla da Xorvatiya Şengen Viza Sazişinin üzvü olub. Bundan əlavə, Xorvatiya Şengen vizası vermək və Şengen informasiya sistemindən istifadə etmək hüququ əldə edib.