Gəncə şəhərində yaşayış binasında baş verən yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, hadisə ilə əlaqədar dayandırılan elektrik enerjisi bərpa olunub.

21:47

Gəncədə yaşayış binasında baş verən yanğın mənzillərdən birindəki mətbəxdən başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

"Dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 6 m² sahədə və 1 ədəd kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub", - deyə məlumatda qeyd olunub.

Nazirlikdən verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.