Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi ərazisinsə qeydə alınıb.Belə ki, 1961-ci il təvəllüdlü Hüseynova Təranə Ataxan qızı dayanacaqda avtobusa minmək istəyən zaman qapılar bağlanıb.
Bu zaman sərnişin avtobusunun təkərləri altında qalıb.
Sürücü dərhal əraziyə təcili yardım xidməti əməkdaşlarını çağırıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.